Sea Breeze-də Crocus Fitness Village
01.03.2026
Sea Breeze-də Crocus Fitness Village layihəsini uğurla tamamladıq!
AV GROUP INŞAAT* olaraq, beynəlxalq miqyasda tanınan Sea Breeze və Crocus markalarının birgə həyata keçirdiyi Crocus Fitness Village layihəsinin tam tikinti və təmir işlərini yüksək keyfiyyətlə və qrafikə uyğun şəkildə icra edərək təhvil verdik.
Bu layihə çərçivəsində fitness mərkəzinə aid bütün otaqlar, hamamlar və villanın çöldə yerləşən hovuz tamamilə bizim komandamız tərəfindən inşa edildi. Ümumi sahəsi 3000 kv.m-ə yaxın olan bu kompleksin açılış mərasimində iştirak etmək bizim üçün böyük qürur idi.
Dünyaca tanınan bu prestijli layihədə bizə etimad göstərdikləri üçün Sea Breeze ailəsinə və Crocus komandasına təşəkkür edirik.